Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatı barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatı barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
“Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatını müzakirə edərək, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci ildə fəaliyyəti haqqında hesabatı nəzərə alınsın.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 14 mart 2008-ci il
No– 555-IIIQR
Fayl şəklində yüklə