"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

     AZƏRBAYCAN  RESPUBLIKASININ
     Q  A  N  U  N  U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 5, maddə 348; 1999-cu il, No– 11, maddə 609; 2000-ci il, No– 11, maddə 776; 2001-ci il, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002-ci il, No– 12, maddə 706; 2004-cü il, No– 7, maddə 505, No– 12, maddə 976; 2005-ci il, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006-cı il, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007-ci il, No– 1, maddə 4; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 473-IIIQD nömrəli və 2008-ci il 7 fevral tarixli 543-IIIQD nömrəli Qanunları) mətn üzrə ismin müvafiq hallarında  “işəgötürən” və “sığorta olunan” sözləri müvafiq olaraq ismin müvafiq hallarında  “sığortaedən” və “sığortaolunan” sözləri ilə əvəz edilsin.

II. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 3, maddə 208, No– 12, maddə 1019; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 474-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.1-ci maddədə “sıorta olunan (bundan sonra – sığorta olunan) şəxslərin” sözləri “sığortaolunanların (bundan sonra-sığortaolunan)” sözləri ilə əvəz edilsin;

2. mətn üzrə ismin müvafiq hallarında “sığorta olunan şəxs” və “sığorta olunan” sözləri ismin müvafiq hallarında “sığortaolunan” sözü ilə əvəz edilsin.

 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 582-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU