"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 452, No– 12, maddə 731; 2002-ci il, No– 12, maddə 706; 2005-ci il, No– 10, maddə 902; 2006-cı il, No– 11, maddə 927; 2007-ci il, No– 1, maddələr 1, 4, No– 2, maddə 82, No– 6, maddə 570, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 538-IIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilsin:
“3.3. Prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 575-IIIQD
Fayl şəklində yüklə

