"Polis haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN    RESPUBLİKASININ

Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Polis haqqında” Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 11, maddə 611; 2001-ci il, No– 11, maddə 699, No–12, maddə 731; 2002-ci il, No– 3, maddə 118, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddə 22, No– 8, maddə 424; 2004-cü il No– 2, maddə 57, No– 3, maddə 133; 2006-cı il, No– 2, maddələr 74, 75, No– 11, maddə 927; 2007-ci il, No– 8, maddə 756) 38-ci maddəsinin II hissəsi aşağıdakı redaksiyada verilsin:

“II. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan polis əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində  müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada pul kompensasiyası ödənilir.”.

2.  Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 576-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU