"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 11, maddə 612; 2002-ci il, No– 5, maddə 250, No– 6, maddə 328; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 12, maddə 1079; 2006-cı il, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddə 1005; 2007-ci il, No– 6, maddə 560) 17-ci maddəsinin V-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“V. Əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 577-IIIQD
Fayl şəklində yüklə

