Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında
Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbəsinə şəhər statusunun verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının Xızı rayonunun Xızı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Xızı qəsəbəsinə şəhər statusu verilsin, Xızı qəsəbə inzibati ərazi dairəsi Xızı şəhər inzibati ərazi dairəsi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2008-ci il
No– 591-IIIQ
Fayl şəklində yüklə

