Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Xanlar rayonunun Göygöl rayonu adlandırılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

 Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r :

 I. Azərbaycan Respublikasının Xanlar rayonu Göygöl rayonu adlandırılsın, Xanlar rayon inzibati ərazi vahidi Göygöl rayon inzibati ərazi vahidi hesab edilsin.

 Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar şəhəri Göygöl şəhəri adlandırılsın, Xanlar şəhər inzibati ərazi dairəsi Göygöl şəhər inzibati ərazi dairəsi hesab edilsin.

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 25 aprel 2008-ci il
No– 595-IIIQ

     


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU