"Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə"
“Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə”
AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No–12, maddə 1198) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirləri 10 484 000,0 min manat, xərcləri 11 060 600,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 10 173 005,3 min manat, yerli gəlirləri 310 994,7 min manat və mərkəzləşdirilmiş xərcləri 10 130 773,3 min manat, yerli xərcləri 929 826,7 min manat) məbləğində təsdiq edilsin.”.
2. 2-ci maddədəki cədvəlin 2.1-ci bəndində (Fiziki şəxslərin gəlir vergisi) “750 000,0” rəqəmi “795 000,0” rəqəmi ilə, 2.2-ci bəndində (Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi) “2 280 000,0” rəqəmi “2 450 000,0” rəqəmi ilə, 2.3-cü bəndində (Əlavə dəyər vergisi) “1 725 000,0” rəqəmi “1 885 000,0” rəqəmi ilə, 2.3.1-ci bəndində (Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi) “745 000,0” rəqəmi “755 000,0” rəqəmi ilə, 2.13-cü bəndində (Vergi olmayan sair gəlirlər) “203 000,0” rəqəmi “218 000,0” rəqəmi ilə, 2.19-cu bəndində (Dövlət Neft Fondundan daxilolmalar) “1 100 000,0” rəqəmi “3 800 000,0” rəqəmi ilə, 2.24-cü bəndində (Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar) “136 000,0” rəqəmi “137 500,0” rəqəmi ilə əvəz edilsin.
3. 2-ci maddədəki cədvəlin 2.21-ci bəndindəki “Təkrar borc sazişləri üzrə daxilolmalar” sözləri “müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar” sözləri ilə əvəz edilsin.
4. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu və “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
3.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 130 000,0
3.1.1. Yol vergisi 29 500,0
3.1.2. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi
11 500,0
3.1.3. İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 50 000,0
3.1.4. İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu
30 000,0
3.1.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu
3 500,0
3.1.6. Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu
5 500,0
3.2. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” 50 000,0
3.2.1. Müvafiq icra hakimiyyəti orqanı ilə əsas və təkrar borcalan hüquqi şəxslər arasında bağlanmış təkrar müqavilələr və kreditlərin istifadəsi ilə əlaqədar vasitəçi (agent) banklarla bağlanan müqavilələr üzrə dövlət büdcəsinə daxilolmalar
3 333,0
3.2.2. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.21-ci, 2.24-cü və 3.1.1.-3.1.6-cı maddələrində nəzərdə tutulan daxilolmalar istisna olmaqla, dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərindən ayrılan vəsait
46 667.0”
5. 8.1-ci maddədə “98,39” rəqəmi “98,20” rəqəmi ilə əvəz edilsin.
6. 9.1-ci maddədə “1,61” rəqəmi “1,80” rəqəmi ilə əvəz edilsin.
7. 10-cu maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Göstəricilər Məbləğ
(manatla)
10.1. Ümumi dövlət xidmətləri 805.655.082,0
10.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri
281.693.497,0
10.1.2. beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 12.458.224,0
10.1.3. elm xərcləri 71.663.711,0
10.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri
24.743.817,0
10.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər
218.086.833,0
10.1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3.500.000,0
10.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 193.509.000,0
10.2. Müdafiə 1.343.670.607,0
10.2.1. müdafiə qüvvələri 1.263.531.161,0
10.2.2. milli təhlükəsizlik 75.635.895,0
10.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.686.870,0
10.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.816.681,0
10.3. Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 589.362.216,0
10.3.1. məhkəmə hakimiyyəti 37.491.932,0
10.3.2. hüquq-mühafizə 513.763.471,0
10.3.3. prokurorluq 37.588.516,0
10.3.4. digər kateqoriyalara aid edilməyən xərclər 518.297,0
10.4. Təhsil 1.115.423.076,0
10.4.1. məktəbəqədər və ibtidai təhsil 71.595.227,0
10.4.2. natamam və orta təhsil 575.954.072,0
10.4.3. internat və xüsusi məktəblər 38.334.294,0
10.4.4. texniki-peşə məktəbləri və liseylər 50.701.359,0
10.4.5. ali təhsil 97.485.700,0
10.4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar 3.641.355,0
10.4.7. təhsil sahəsində digər xidmətlər 277.711.069,0
10.5. Səhiyyə 385.802.234,0
10.5.1. poliklinikalar və ambulatoriyalar 52.158.254,0
10.5.2. xəstəxanalar 187.844.680,0
10.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.585.564,0
10.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2.562.835,0
10.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 136.650.901,0
10.6. Sosial müdafiə və sosial təminat 814.254.190,0
10.6.1. sosial müdafiə xərcləri 793.954.529,0
10.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert)
385.000.000,0
10.6.2. sosial təminat xərcləri 20.299.661,0
10.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət
145.559.104,0
10.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 82.380.759,0
10.7.2. radio, televiziya və nəşriyyat 38.887.167,0
10.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 22.015.836,0
10.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 2.275.342,0
10.8. Mənzil və kommunal təsərrüfatı 157.549.733,0
10.8.1. mənzil təsərrüfatı 13.161.007,0
10.8.2. kommunal təsərrüfatı 140.983.463,0
10.8.3. su təsərrüfatı 3.054.066,0
10.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 351.197,0
10.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi
286.024.813,0
10.9.1. kənd təsərrüfatı 269.590.328,0
10.9.2. meşə təsərrüfatı 7.969.556,0
10.9.3. balıqçılıq və ovçuluq 1.682.581,0
10.9.4. ətraf mühitin mühafizəsi 2.024.405,0
10.9.5. hidrometeorologiya tədbirləri 4.757.943,0
10.10. Sənaye, tikinti və faydalı qazıntılar 4.343.272.022,0
10.10.1. tikinti 4.338.196.724,0
10.10.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 4.326.345.000,0
10.10.2. faydalı qazıntılar 5.075.298,0
10.11. Nəqliyyat və rabitə 88.640.880,0
10.11.1. nəqliyyat 88.524.187,0
10.11.2. rabitə 116.693,0
10.12. İqtisadi fəaliyyət 326.565.713,0
10.12.1. iqtisadi və kommersiya fəaliyyəti 198.600.000,0
10.12.2. iqtisadi fəaliyyətin digər sahələri 36.101.423,0
10.12.3. çoxsahəli inkişaf layihələri 91.864.290,0
10.13. Əsas bölmələrə aid edilməyən xidmətlər 658.820.330,0
10.13.1. məqsədli büdcə fondları 180.000.000,0
10.13.1.1. “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 130.000.000,0
10.13.1.2. “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu” 50.000.000,0
10.13.2. ehtiyat fondları 274.300.000,0
10.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 154.000.000,0
10.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 120.300.000,0
10.13.3. əsas bölmələrə aid edilməyən sair xərclər 204.520.330,0
8. 11-ci maddədə “4 761,2” rəqəmi “5 743,9” rəqəmi ilə, “3 673,8” rəqəmi “5 215,9” rəqəmi ilə, “83,9” rəqəmi “100,8” rəqəmi ilə əvəz edilsin.
9. 13-cü maddədə “5.000.000.000,0” rəqəmi “5.380.000.000,0” rəqəmi ilə, “254.025.726,0” rəqəmi “307.021.052,0” rəqəmi ilə, “909.350.264,0” rəqəmi “925.853.122,0” rəqəmi ilə, “655.324.538,0” rəqəmi “618.832.070,0” rəqəmi ilə əvəz edilsin.
10. 13-cü maddədəki cədvəl aşağıdakı redaksiyada verilsin:
(manatla)
No– Şəhər və rayonların adı Gəlirlər Xərclər Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləş-dirilmiş xərclərdən ayrılan vəsait
Cəmi
o cümlədən
şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ
Şəhərlər:
1. Bakı 5 151 132 000 92 135 052 32 518 000 92 135 052
2. Əli Bayramlı 4 400 000 4 223 000 177 000 11 038 543 6 815 543
3. Yevlax 4 300 000 3 977 400 322 600 14 468 741 10 491 341
4. Gəncə 22 200 000 21 302 200 897 800 38 240 608 16 938 408
5. Lənkəran 9 942 000 9 469 300 472 700 22 102 307 12 633 007
6. Mingəçevir 4 160 000 3 900 300 259 700 17 205 150 13 304 850
7. Naftalan 555 000 536 000 19 000 1 988 332 1 452 332
8. Sumqayıt 21 060 000 20 088 700 971 300 43 689 679 23 600 979
9. Xankəndi
10. Şəki 6 700 000 6 408 100 291 900 24 398 416 17 990 316
Rayonlar:
11. Abşeron 13 800 000 8 875 000 4 925 000 13 674 570 4 799 570
12. Ağdam 2 260 000 2 218 000 42 000 25 094 921 22 876 921
13. Ağdaş 2 800 000 2 685 000 115 000 11 727 017 9 042 017
14. Ağstafa 3 610 000 3 482 800 127 200 10 957 603 7 474 803
15. Ağsu 1 700 000 1 602 900 97 100 9 123 484 7 520 584
16. Ağcabədi 2 300 000 2 178 700 121 300 14 848 567 12 669 867
17. Astara 2 700 000 2 599 400 100 600 11 476 991 8 877 591
18. Balakən 2 900 000 2 763 400 136 600 10 065 705 7 302 305
19. Beyləqan 2 200 000 2 116 100 83 900 10 867 951 8 751 851
20. Bərdə 4 190 000 4 006 200 183 800 18 681 907 14 675 707
21. Biləsuvar 2 420 000 2 336 300 83 700 9 653 146 7 316 846
22. Qazax 3 000 000 2 841 800 158 200 12 764 091 9 922 291
23. Qax 2 150 000 2 080 000 70 000 10 186 059 8 106 059
24. Qəbələ 3 770 000 3 647 400 122 600 12 015 462 8 368 062
25. Qobustan 1 100 000 1 064 100 35 900 4 981 688 3 917 588
26. Quba 5 080 000 4 814 600 265 400 18 188 521 13 373 921
27. Qubadlı 850 000 765 100 84 900 6 929 062 6 163 962
28. Qusar 2 800 000 2 659 100 140 900 12 028 945 9 369 845
29. Daşkəsən 2 033 000 1 976 500 56 500 7 859 246 5 882 746
30. Dəvəçi 2 500 000 2 453 900 46 100 7 376 683 4 922 783
31. Zaqatala 4 800 000 4 593 900 206 100 15 644 461 11 050 561
32. Zəngilan 400 000 374 200 25 800 5 571 576 5 197 376
33. Zərdab 1 656 000 1 604 900 51 100 7 700 563 6 095 663
34. İmişli 3 600 000 3 506 300 93 700 12 149 166 8 642 866
35. İsmayıllı 2 990 000 2 862 100 127 900 12 040 381 9 178 281
36. Yardımlı 1 050 000 1 026 000 24 000 8 377 976 7 351 976
37. Kəlbəcər 720 000 710 400 9 600 12 762 437 12 052 037
38. Kürdəmir 3 600 000 3 455 100 144 900 11 687 132 8 232 032
39. Gədəbəy 2 150 000 2 068 200 81 800 16 062 119 13 993 919
40. Goranboy 3 000 000 2 876 700 123 300 16 564 359 13 687 659
41. Göyçay 4 200 000 4 070 100 129 900 13 211 609 9 141 509
42. Laçın 862 000 823 600 38 400 14 854 135 14 030 535
43. Lerik 1 340 000 1 298 000 42 000 10 447 726 9 149 726
44. Masallı 4 900 000 4 674 400 225 600 16 807 824 12 133 424
45. Neftçala 2 490 000 2 408 100 81 900 10 153 109 7 745 009
46. Oğuz 1 400 000 1 357 600 42 400 7 700 928 6 343 328
47. Saatlı 3 300 000 3 252 700 47 300 11 118 772 7 866 072
48. Sabirabad 4 260 000 4 129 700 130 300 16 411 626 12 281 926
49. Salyan 4 260 000 4 103 000 157 000 16 115 821 12 012 821
50. Samux 1 730 000 1 663 800 66 200 7 336 729 5 672 929
51. Siyəzən 2 080 000 2 039 600 40 400 4 793 782 2 754 182
52. Tərtər 1 560 000 1 506 300 53 700 9 253 199 7 746 899
53. Tovuz 4 820 000 4 593 500 226 500 21 770 613 17 177 113
54. Ucar 2 100 000 2 028 300 71 700 9 911 557 7 883 257
55. Füzuli 2 050 000 1 984 700 65 300 17 335 701 15 351 001
56. Xanlar 2 740 000 2 626 300 113 700 9 120 470 6 494 170
57. Xaçmaz 5 300 000 4 935 600 364 400 18 497 396 13 561 796
58. Xocavənd 300 000 278 800 21 200 3 259 440 2 980 640
59. Xocalı 100 000 95 700 4 300 2 178 504 2 082 804
60. Xızı 980 000 965 800 14 200 3 832 186 2 866 386
61. Hacıqabul 2 300 000 2 211 400 88 600 7 006 693 4 795 293
62. Cəbrayıl 460 000 416 800 43 200 9 109 702 8 692 902
63. Cəlilabad 4 620 000 4 424 000 196 000 21 478 953 17 054 953
64. Şamaxı 3 500 000 3 398 100 101 900 14 494 060 11 095 960
65. Şəmkir 5 100 000 4 788 200 311 800 22 794 110 18 005 910
66. Şuşa 670 000 662 800 7 200 4 529 860 3 867 060
Cəmi: 5 380 000 000 307 021 052 46 500 000 925 853 122 618 832 070
11. 15.2-ci maddədə “174.084.908,0” rəqəmi “197.084.908,0” rəqəmi ilə əvəz edilsin.
12. 15.2.1-ci maddədə “93.640.380,0” rəqəmi “99.620.501,0” rəqəmi ilə əvəz edilsin.
13. 15.2.2-ci maddədə “80.444.528,0” rəqəmi “97.464.407,0” rəqəmi ilə əvəz edilsin.
14. 19-cu maddədə “1 126 400,0” rəqəmi “576 600,0” rəqəmi ilə, “2007-ci il 31 dekabr tarixinə” sözləri isə “2008-ci il 01 yanvar tarixinə dövlət büdcəsinin” sözləri ilə əvəz edilsin.
15. 20-ci maddədə “3 303 905,0” rəqəmi “5 454 105.0” rəqəmi ilə əvəz edilsin.
16. 21-ci maddədə “10 192 055,6” rəqəmi “12 774 063,9” rəqəmi ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2008-ci il
No– 599-IIIQD
Fayl şəklində yüklə

