Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No–8, maddə 757; No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 524-IIIQD nömrəli qanunu) 238-1-ci maddəsinin dispozisiyasinda “Üzərində” sözu “Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, üzərində Azərbaycan Respublikasının” sözəri ilə əvəz edilsin.
II. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 19 sentyabr tarixli 115 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Respublikasının 2008-ci il 1 fevral tarixli 535-III QD nömrəli Qanununun III hissəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 253-2-cü maddə 253-3-cü maddə hesab edilsin.
III. “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No–10, maddə 870; Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 476-III QD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.2.1-ci maddədə “10.4-cü maddəsinin ikinci cümləsində” sözləri “10.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;
2. 20.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“20.3. Bu Qanunun 10.3-cü maddəsinin tələblərinin pozulması, habelə qiymətli metallardan və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması (istehsalı) ilə məşğul olan şəxslər tərəfindən dövlət əyar damğalarının saxtalaşdırılması və ya saxta əyar damğası həkk olunmuş zərgərlik və digər məişət məmulatlarının satışı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.”.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 574-IIIQD
Fayl şəklində yüklə

