"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

   Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

 I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,  No– 1, maddə 1,     No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007-ci il, No– 2, maddə 83, No– 5, maddə 434, No– 7, maddə 711, No– 10, maddə 934; Azərbaycan Respublikasının 2007-ci il 1 oktyabr tarixli 424-IIIQD nömrəli, 19 oktyabr tarixli 458-IIIQD və 462-IIIQD nömrəli, 7 dekabr tarixli 504-IIIQD və    510-IIIQD nömrəli Qanunları) 29-cu maddəsinə aşağıdakı əlavələr edilsin:

1. 29.2-ci maddənin birinci abzasında və 29.3-cü maddədə “Dövlət orqanlarında” sözlərindən sonra mötərizədə “müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla” sözləri əlavə edilsin.

2. 29.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 29.4-29.8-ci maddələrinə uyğun olaraq yalnız müsahibə yolu ilə həyata keçirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 fevral 2008-ci il
No– 546-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU