Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı "Dövlət qulluğu haqqında" və "Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Gender (kişi və qadınların) bərabərliyinin təminatları ilə bağlı “Dövlət qulluğu haqqında” və “Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunlarına əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q A N U N U

   Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il,  No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007-ci il, No– 2, maddə 83, No– 5, maddə 434,    No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078; Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 504-IIIQD və 510-IIIQD nömrəli; 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli qanunları) 31.7-ci maddəsinin ikinci cümləsində “qadınlar” sözündən sonra “(uşağını təkbaşına böyüdən kişilər)” sözləri əlavə edilsin.

II. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 8, maddə 522, No– 12, maddə 731; 2003-cü il, No– 1, maddə 16; 2007-ci il, No– 10, maddə 938) 9.1-ci maddəsində “qadınlara” sözü “valideynlərə” sözü ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 579-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU