"Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 10, maddə 709; 2004-cü il, No– 1, maddə 6; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 321-IIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 12.5-ci maddə əlavə edilsin:
“12.5. Bu Qanunun 2.8-ci maddəsində müəyyən edilmiş əhalinin sayına dair tələblər rayonların (şəhər rayonları istisna olmaqla) mərkəzi olan ərazi vahidlərinə şəhər statusu verilməsi hallarına şamil edilmir.”.
 
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
     

Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 585-IIIQD
                                                                                       
    


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU