"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

  Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il,  No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212; Azərbaycan Respublikasının 2007-ci il 09 oktyabr tarixli 426-IIIQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 1. Füzuli rayonu bölməsində:
 13-cü sırada “Horadiz bələdiyyəsi” sözlərinin qarşısındakı “Horadiz qəsəbəsi” sözləri “Horadiz şəhəri” sözləri ilə əvəz edilsin.

 2. Şahbuz rayonu bölməsində:
 1-ci sırada “Şahbuz bələdiyyəsi” sözlərinin qarşısındakı “Şahbuz qəsəbəsi” sözləri “Şahbuz şəhəri” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 586-IIIQD



Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU