"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

 Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 10, maddə 704) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsində:

1.1. 1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1) Birləşən hər bir bələdiyyədə onun ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin bələdiyyələrin birləşməsi məsələsinə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir;”;

1.2. 2-ci bənddə “Yerli rəy sorğusu nəticəsində” sözləri “Yığıncaqda (yığıncaqlarda)” sözləri ilə əvəz edilsin.

2. 4-cü maddədə “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri “Azərbaycan Respublikasının Seçki Məcəlləsi” sözləri ilə əvəz edilsin.

II.  “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il,   No– 7, maddə 405; 2001-ci il, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 242; 2003-cü il, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005-ci il, No– 2, maddə 62; 2006-cı il, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007-ci il, No– 11, maddələr 1053, 1082) 28-ci maddəsinə aşağıdakı redaksiyada yeni 5-ci bənd əlavə edilsin:

“5. Bu maddənin 1-ci bəndində əhalinin sayı ilə bağlı nəzərdə tutulan məhdudiyyət bələdiyyələrin birləşməsi və ayrılması məsələsinə münasibət bildirmək üçün keçirilən yığıncaqlara şamil edilmir.”.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 25 aprel 2008-ci il
No– 596-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU