"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti  haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yol hərəkəti  haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 9, maddə 564; 2001-ci il, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002-ci il, No– 1, maddə 9, No– 8, maddə 463; 2003-cü il, No– 8, maddə 424; 2004-cü il, No– 2, maddə 57, No– 11, maddə 901; 2005-ci il, No– 4, maddə 277, No– 10, maddə 874,  No– 11, maddə 993; 2006-cı il, No– 12, maddə 1027; 2007-ci il, No– 6, maddə 560, No– 11, maddə 1053, 1091; 2008-ci il, No– 2, maddə 49) aşağıdakı dəyişikliklər  və əlavələr edilsin:

1. 27-ci maddənin XIII hissəsində “vəkalətnamə və ya digər əsaslarla” sözləri “etibarnamə əsasında” sözləri ilə əvəz edilsin;
2. 30-cu maddənin II hissəsinin 3-cü bəndində “pozulmaqla” sözundən  sonra “avadanlıq quraşdırılmış və ya” sözləri əlavə edilsin;   
3. 37-ci maddənin VI hissəsinin 2-ci bəndində nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşagıdaki məzmunda 3-cü bənd ələvə edilsin:
“3) yük avtomobillərinin və avtobusların nəzarət gurğusu (taxoqraf) olmadan və ya işləməyən, yaxud möhurlənməsi pozulmuş taxoqrafla, habelə sürücünün iş və istirahət rejimini əks etdirən taxoqramları doldurmadan idarə etməməlidir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


            İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2008-ci il
No– 606-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU