"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN   RESPUBLİKASININ

Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 9, maddə 564; 2001-ci il, No– 5, maddə 298, No– 11, maddələr 676, 698; 2002-ci il, No– 1, maddə 9, No– 8, maddə 463; 2003-cü il, No– 8, maddə 424; 2004-cü il, No– 2, maddə 57,       No– 11, maddə 901; 2005-ci il, No– 4, maddə 277, No– 10, maddə 874, No– 11, maddə 993; 2006-cı il, No– 12, maddə 1027; 2007-ci il, No– 6, maddə 560; Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli, 6 noyabr tarixli 481-IIIQD nömrəli və 2008-ci il 1 fevral tarixli 543-IIIQD nömrəli qanunları) 27-ci maddəsinin 2-ci hissəsinin 3-cü və    4-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
 “3) traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinin - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;
4) hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, həmçinin bu maddənin ikinci hissəsinin 3-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinin  - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

                                                                           İlham Əliyev
                                                                      Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il
No– 619-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU