"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 9 oktyabr tarixli 430-IIIQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi barədə


AZƏRBAYCAN   RESPUBLİKASININ

Q   A   N   U   N   U


  Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I.   Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584;   2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692;     2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12 maddə 973; 2005-ci il, No–1 maddələr 5, 6, No–2 maddə 61, No–4 maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No–10, maddələr 935, 936, 938, 940, No–11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No–12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, No–2, maddə 47, No–3, maddələr 146, 152, 159; Azərbaycan Respublikasının 2008-ci il  1 aprel tarixli 574-IIIQD nömrəli və  578-IIIQD nömrəli qanunları)  360-cı maddəsində “347,” rəqəmindən sonra “348-1,” rəqəmi əlavə edilsin.


II.     “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,     No– 5, maddə 310) 17.1.6-cı maddəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.

III.  “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 10, maddə 870; 2007-ci il, No– 11, maddə 1088) 21.1-ci maddəsində “qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilsin.

IV.  “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 2, maddə 76; 2007-ci il, No– 10, maddə 933) 10.6-cı maddəsində “məhkəmə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.
 
V. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No– 3, maddə 208, No– 12, maddə 1019; 2007-ci il, No– 12, maddə 1194) 30.2-ci maddəsində “məhkəməyə” sözündən əvvəl “inzibati qaydada və (və ya)” sözləri əlavə edilsin.
 
VI. Bu Qanun Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minir.

 


                                                                                                  İlham Əliyev
                                                                          Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 iyun 2008-ci il
No– 621-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU