"Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 11, maddə 1005) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.”.
2. 9.0.6-cı maddədə “əcnəbilər” sözündən sonra “(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 10.2-ci maddənin ikinci cümləsində “yardımın” sözündən sonra “təyin olunmamasına,” sözləri əlavə edilsin və həmin cümlədə “2 il” sözləri “1 il” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il
No– 641-IIIQD
Fayl şəklində yüklə

