"Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ
Q  A  N  U  N  U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasında 2008-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 12, maddə 1201) I maddəsi aşağıdakı redaksiyada verilsin:
“I. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2008-ci il üçün ehtiyac meyarının həddi 2008-ci il yanvar ayının 1-dən 45 manat,  2008-ci il iyul ayının 1-dən 55 manat məbləğində təsdiq edilsin.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


                                                          İlham Əliyev
                                                        Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2008-ci il
No– 640-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU