"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

Azərbaycan Respublikasınin Milli Məclisi   q ə r a r a   a l ı r :

I.  “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16;    2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007-ci il, No– 2, maddə 83, No– 5, maddə 434, No– 7, maddə 711; No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008-ci il, No– 3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli, 1 aprel tarixli 579-IIIQD nömrəli qanunları)
aşağıdakı əlavələr edilsin:

1.  8.1.4-cü maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi,”  sözlərindən sonra  “Naxçıvan Muxtar Respublikasının  ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə,” sözləri əlavə edilsin;

2.  8.1.7-ci maddədə  “hərbi məhkəmələr” sözlərindən sonra  “(Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla)” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

                                                                                               İlham Əliyev
                                                                            Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2008-ci il
No– 638-IIIQD    

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU