"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ
Q   A   N   U   N   U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :
         
 I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007-ci il, No– 4, maddə 320,   No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:

 1. 11.2-ci maddədə “vəzifə maaşından” sözləri “əmək haqqından” sözləri ilə əvəz edilsin.

 2. 71-ci maddənin adında, 71.1-ci, 72.2-ci, 73.2-ci və 73.6-cı maddələrdə “vəzifə maaşı” sözləri “əmək haqqı” sözləri ilə əvəz edilsin.

 3. 71.1-ci maddədə “əmək haqqından” və “əmək haqqına” sözləri müvafiq olaraq “vəzifə maaşından” və “vəzifə maaşına” sözləri ilə əvəz edilsin.

 4. 71.2-ci maddədə “əmək haqqı” sözləri “vəzifə maaşı” sözləri ilə əvəz edilsin.

 5. 71.3-cü və 71.4-cü maddələrdə “əmək haqqı” və “əmək haqqının” sözləri müvafiq olaraq “vəzifə maaşı” və “vəzifə maaşının” sözləri ilə əvəz edilsin.

 

 

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

                                                                                               İlham Əliyev
                                                                       Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2008-ci il
No– 636-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU