Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi

qanunvericilik aktlarına əlavələr edilməsi

barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, N2, maddə 56) aşağıdakı məzmunda 15-ci bənd əlavə edilsin:

 

"15. Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formaları.".

 

II.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8 (I kitab), maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4 (I kitab), maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, N 4, maddələr 177, 178, N 5, maddə 228, N 6, maddələr 257, 276, 279, N 8, maddələr 407, 425, N 12 (I kitab), maddələr 679, 696 (II kitab), maddələr 713, 714; 2004-cü il, N 1, maddələr 6, 7, 10, 13, N 4, maddələr 200, 201, 204, N 5, maddələr 313, 314, 317, 321, N 6, maddə 397, N 8, maddələr 596, 597, N 10, maddələr 762, 779, N 11, maddə 900) aşağıdakı məzmunda 310-2-ci maddə əlavə edilsin:

 

"Maddə 310-2. Əməliyyat-axtarış fəaliyyəti

subyektlərinin, hərbi qulluqçuların

və prokurorluq işçilərinin fərqlənmə

nişanları olan hərbi və xüsusi geyim

formalarını qanunsuz olaraq daşıma

 

Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə-

inzibati xətanın obyekti olmuş hərbi və xüsusi geyim forması müsadirə edilməklə şərti maliyyə vahidinin iyirmi beş mislindən qırx mislinədək miqdarda cərimə edilir.".

 

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 4 mart 2005-ci il

N 849-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU