Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No–12, maddə 1221; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 607-IIIQD nömrəli qanunu) 308.2-ci maddəsində “səbəb olduqda” sözlərindən sonra “və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə” sözləri əlavə edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD nömrəli, 578-IIIQD nömrəli və 16 may tarixli 607-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 42-1-ci maddə çıxarılsın.
2. Aşağıdakı məzmunda 45-1-ci və 45-2-ci maddələr əlavə edilsin:
“Maddə 45-1. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə -
səksən manatdan doxsan manatadək miqdarda cərimə edilir.
Maddə 45-2. Seçici imzalarının toplanması qaydasının pozulması
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsinə görə -
vəzifəli şəxslər səksən manatdan doxsan manatadək miqdarda, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda cərimə edilir.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il
No– 617-IIIQD
Fayl şəklində yüklə

