Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət ke?mə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2001-ci il 29 iyun

tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq

edilmiş "Azərbaycan Respublikasının daxili

işlər orqanlarında xidmət keçmə haqqında

Əsasnamə"yə əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 7, maddə 453, N 12, maddə 731; 2004-cü il, N 10, maddə 760) 129-cu maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Daxili işlər orqanlarının istintaq aparatı işçilərinə intizam tənbehi verilməsi həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin orqanın istintaq aparatının fəaliyyətinə rəhbərliyi həyata keçirən qurumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.6-cı maddəsində göstərilən səlahiyyətləri daxilində verilmiş vəsatəti əsasında həyata keçirilir.".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 29 mart 2005-ci il

N 869-IIQD

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU