"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Konstitusiya Məhkəməsi haqqında”  Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN   RESPUBLİKASININ

Q   A   N   U   N   U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No– 1, maddə 9, No– 8, maddə 598, No– 9, maddə 668; 2007-ci il, No– 4, maddə 320;   No– 5, maddə 446, No– 7, maddə 712, No– 11, maddə 1078; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 636–IIIQD nömrəli Qanunu) 79.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:

“Bu Qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 iyul 2008-ci il
No– 664-IIIQD

 

     

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU