"Notariat haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddə 10; 2001-ci il, N 5, maddə 293; 2002-ci il, N 11, maddə 687, N 5, maddə 241, N 6, maddə 328, N 12, maddə 706; 2004-cü il, N 5, maddə 318) 68-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü hissələr əlavə edilsin:
"Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.
Sənədlərin tərcüməsi bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir".
II. Bu Qanun imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2005-ci il
N 870-IIQD

