Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–8, maddə 478; 2001-ci il, No–12, maddə 736; 2002-ci il, No–5, maddələr 237, 241; 2003-cü il, No–1, maddə 11, No–6, maddə 256, No–8, maddə 423; 2004-cü il, No–2, maddə 59, No–6, maddə 415, No–10, maddə 761; 2006-cı il, No–2, maddə 67, No–6, maddə 478, No–8, maddə 657, No–11, maddə 932; 2007-ci il, No–1, maddə 3, No–8, maddə 745; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli və 2 iyun tarixli 615-IIIQD nömrəli qanunları) 12-ci maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin:
1. 4-cü bəndin ikinci cümləsindən “və ya bələdiyyənin” sözləri çıxarılsın;
2. maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
“5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2008-ci il
No– 666-IIIQD
Fayl şəklində yüklə

