"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il,  No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 586-IIIQD və 587-IIIQD nömrəli qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Xızı rayonu” bölməsində 1-ci sırada “Xızı bələdiyyəsi” sözlərinin qarşısındakı “Xızı qəsəbəsi” sözləri “Xızı şəhəri” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev                                                                                               
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 iyul 2008-ci il
No– 667-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU