"Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə"yə, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”yə, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə


AZƏRBAYCAN   RESPUBLİKASININ

Q   A   N   U   N   U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, No–8, maddə 405) 10.1-ci maddəsində “xəsarət almış” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli
Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–7, maddə 514; 2006-cı il, No–3, maddə 221, No–11, maddə 927) ilə təsdiq edilmiş
“Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında Əsasnamə”yə aşağıdakı
əlavələr və dəyişiklik edilsin:
1. 83-cü maddədə “xəsarət” sözündən sonra mötərizədə “yaralanma, travma, kontuziya” sözləri əlavə edilsin;
2. 100-cü maddədə “həlak olmuş” sözlərindən sonra mötərizədə “vəfat etmiş” sözləri əlavə edilsin, “yaralanma, kontuziya” sözləri “xəsarət (yaralanma, travma, kontuziya) alma» sözləri ilə əvəz edilsin.

III. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, No–8, maddə 601; 2006-cı il, No–2, maddə 64, No–3, maddə 221) 20.12-ci maddəsində aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. “həlak olmuş, bədən xəsarəti almış” sözləri “həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış” sözləri ilə əvəz edilsin;
2. “sağlamlığına” sözündən əvvəl “xəstəliklə əlaqədar” sözləri əlavə edilsin, “zərər” sözü “ziyan” sözü ilə əvəz edilsin.

IV. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No–3, maddə 208; Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişiklik edilsin:
1. 11.2.1-ci, 12.2-ci və 17.2-ci maddələrdə “(yara, kontuziya və ya zədə)” sözləri “(yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin;
2. 11.2.2-ci maddədə “zədə” sözü “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin;
3. 20.17.1-ci və 20.17.2-ci maddələrdə “xəsarət (yara, kontuziya və ya zədə)” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

V. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, No–7, maddə 586; 2007-ci il No–1, maddə 1) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 23.5-ci maddədə “xəsarət” sözündən sonra mötərizədə “yaralanma, travma, kontuziya” sözləri əlavə edilsin;
2. 37.3.1-ci maddədə “yaralanma, kontuziya” sözləri “xəsarətlə (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin;
3. 37.6-cı maddədə “həlak olan” sözlərindən sonra mötərizədə “vəfat edən” sözləri əlavə edilsin.

VI. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 iyul 2008-ci il
No– 669-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU