"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa, "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə
“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununa, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–7, maddə 399; 2000-ci il, No–7, maddə 486; 2001-ci il, No–12, maddə 731; 2002-ci il, No–5, maddə 241) 22-ci maddəsinin 3-cü hissəsində “Partlayıcı” sözündən sonra “və pirotexniki materialları” sözləri əlavə edilsin.
II. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–2, maddə 81; 2005-ci il, No–4, maddə 278; 2007-ci il, No–10, maddə 938) aşağıdakı əlavələr edilsin:
1. 7-ci maddənin 1-ci hissəsinin birinci cümləsində, 2-ci və 5-ci hissələrində “Təhlükə potensiallı obyektlərdə” sözlərindən sonra “istehsal və” sözləri, 4-cü hissəsində “və texniki qurğulardan” sözlərindən sonra “istehsalın və” sözləri əlavə edilsin.
2. 9-cu maddənin doqquzuncu abzasında “partlayıcı və” sözlərindən sonra “pirotexnik materialların,” sözləri əlavə edilsin.
III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12, maddə 973; 2005-ci il, No–1, maddələr 5, 6, No–2, maddə 61, No–4, maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No–8, maddə 757, No–10, maddələr 935, 936, 938, 940, No–11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No–12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No–2, maddə 47, No–3, maddələr 146, 152, 159, Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD və 578-IIIQD nömrəli qanunları) 114.1-ci və 115-ci maddələrində “Sənaye sahələrində və” sözlərindən sonra “təhlükə potensiallı” sözləri əlavə edilsin.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 695-IIIQD
Fayl şəklində yüklə

