Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Dövlət sərhədinin mühafizəsi sahəsində idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında
 
AZƏRBAYCAN   RESPUBLİKASININ

Q   A   N   U   N   U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, I kitab, maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463,     No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12,     I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006-cı il No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478; No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 158, 159; Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 150-1-ci maddənin sanksiyasında “otuz manatdan qırx manatadək” sözləri “yüz manatdan üç yüz manatadək” sözləri ilə, “səksən manatdan doxsan manatadək” sözləri “üç yüz manatdan beş yüz manatadək” sözləri ilə, “iki yüz manatdan üç yüz manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin;

2. 334.1-ci maddənin sanksiyasında “beş manatdan on manatadək” sözləri “yüz manatdan iki yüz manatadək” sözləri ilə əvəz edilsin;

3. 334.2-ci maddə üzrə:
3.1. dispozisiyada “Sərhədboyu” sözü “Sərhədboyu zolağa icazəsiz daxil olmağa, sərhədboyu” sözləri ilə əvəz edilsin;
3.2. sanksiyada “on beş manatdan otuz manatadək” sözləri “iki yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “dörd yüz manatdan yeddi yüz manatadək” sözləri ilə əvəz edilsin;

4. 335-ci maddə üzrə:
4.1. dispozisiyada “başqa gəmilərin” sözlərindən sonra “və digər üzən vasitələrin” sözləri əlavə edilsin;
4.2. sanksiyada “on beş manatdan iyirmi beş manatadək” sözləri “iki yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “dörd yüz manatdan yeddi yüz manatadək” sözləri ilə əvəz edilsin;

5. 336-cı maddənin sanksiyasında “on manatdan on beş manatadək”
sözləri “yüz manatdan iki yüz manatadək” sözləri ilə, “iyirmi manatdan iyirmi beş manatadək” sözləri “iki yüz manatdan dörd yüz manatadək” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 693-IIIQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU