"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No–1, maddə 3; 2003-cü il, No–1, maddə 15, No–12, I kitab, maddə 674; 2005-ci il, No–4, maddə 278; 2007-ci il, No–5, maddə 397, No–10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.0. Üzümçülük və şərabçılıq sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:
4.0.1. üzümçülük və şərabçılıq sahələrinin inkişaf etdirilməsi məqsədilə elmi tədqiqatların müasir tələblərə uyğun aparılmasının gücləndirilməsi;
4.0.2. informasiya və təcrübə mübadiləsinin genişləndirilməsi;
4.0.3. beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən normativ hüquqi bazanın yaradılması;
4.0.4. kadrların hazırlanması və təkmilləşdirilməsi, elmi-təcrübi seminarların, konfransların təşkili;
4.0.5. istehsal olunaraq istehlak bazarına çıxarılan və ya ixrac olunan rəqabət qabiliyyətli üzüm və şərabçılıq məhsullarının keyfiyyətinin yüksəldilməsi üçün yeni texnika və müasir texnologiyanın tətbiq edilməsi;
4.0.6. istehsal və ixracın artırılması, daxili bazarın haqsız rəqabətdən qorunması.”;

1.2. 5.0.3-cü və 5.0.7-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“5.0.3. Azərbaycan Respublikası ərazisində xəstəlik və zərərvericilərə qarşı dözümlü üzüm sortlarını yetişdirmək, tinglik təsərrüfatlarını inkişaf etdirmək, rayonlaşdırılmış üzüm sortlarını çoxaltmaq, habelə coğrafi adlar verilən keyfiyyətli şərabçılıq məhsullarının istehsalını stimullaşdırmaq məqsədilə investisiya qoymaq, subsidiyalar və uzunmüddətli kreditlər vermək;”;

“5.0.7. üzüm və şərabçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarətini həyata keçirmək;”; 

1.3. 20.2-ci və 20.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“20.2. Şərabçılıq məhsullarının idxalına Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarif kvotası tətbiq edilə bilər.”;
“20.4. Fiziki şəxslər tərəfindən öz istehlakı üçün şərabçılıq məhsullarının idxalı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tənzimlənir.”;

1.4. 27.4-cü maddə çıxarılsın.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 28 oktyabr 2008-ci il
No– 704-IIIQD





   





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU