Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 17, No– 5, maddə 323, No– 12, maddə 835; 2002-ci il, No– 5, maddə 236; 2003-cü il, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004-cü il, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005-ci il, No– 4, maddələr 277, 278; 2006–cı il, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007-ci il, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:


1. 34-cü maddənin ikinci cümləsində “rayon (şəhər) məhkəmələri və ya” sözləri çıxarılsın; 

2. 290-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin: 

“Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir.”. 


II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 28 oktyabr 2008-ci il
No– 707-IIIQD





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU