"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Korrupsiyaya qarşı mübarizə haqqında"
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il,N3, maddə 125) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1-ci və 6.2-ci maddələrdə "Komissiya tərəfindən" sözləri "qanunvericiliklə" sözü ilə əvəz edilsin;
2. 5.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2005-ci il
N 875-IIQD

