Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında
Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Maliyyə sektorunun inkişafının sürətləndirilməsi, bank və sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, habelə bankların, sığorta və təkrarsığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Bankın, sığorta və təkrarsığorta şirkətinin mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilmiş hissəsi 2009-cu il yanvarın 1-dən 3 il müddətində mənfəət vergisindən azaddır.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 oktyabr 2008-ci il
No– 710-IIIQ
Fayl şəklində yüklə

