"Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r : 
   
I. “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə (qeyd-şərtin və bəyanatın mətnləri əlavə olunur) təsdiq edilsin.  

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti




Bakı şəhəri, 2 dekabr 2008-ci il
No– 725-IIIQ
   





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU