"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :


I. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291; 2006-cı il, No– 10, maddə 846; 2007-ci il, No– 3, maddə 213; 2008-ci il, No– 6, maddələr 452, 472) 2-ci maddəsinə aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı”.

III. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti




Bakı şəhəri, 2 dekabr 2008-ci il
No– 726-IIIQ

 

 

   
                                                                                      Azərbaycan Respublikasının 2008-ci il  
                                                                                                       2 dekabr tarixli 726-IIIQ nömrəli
                                                                                            Qanunu ilə təsdiq edilmişdir





“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı haqqında 
Əsasnamə

 

 

1. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

2. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.





                                                                                                                   Azərbaycan Respublikasının 2008-ci il 
                                                                                                                   2 dekabr tarixli 726-IIIQ nömrəli 
                                                                                                                  Qanunu ilə təsdiq edilmişdir




“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri



“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.

Medal diametri 35 mm olan gümüşü rəngli dairəvi dəmir lövhədən ibarət olmaqla içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövs boyunca “MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişən lent həkk olunmuşdur və həmin lentin sağ və sol tərəflərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.

Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda “1919-2009” rəqəmləri, onun aşağısında ortada gümüşü rəngdə “90” rəqəmi həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir, ortada yuxarı hissədə “90” rəqəmi, ondan aşağıda “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri və “1919-2009” rəqəmləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, düzbucaqlı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 7 zolağa bölünmüşdür. Mərkəzdəki zolaq lövhənin 2/3-ni təşkil edir, tünd göy rənglidir və həmin rəng aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişir. Lövhənin qalan 1/3 hissəsinin yarısı sol, yarısı isə sağ tərəfdə yerləşir və hər ikisi çəhrayı rənglidir. Çəhrayı rəngli zolaqların hər birinin mərkəzdəki zolağa yaxın hissəsində şaquli gümüşü rəngli nazik zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 4 mm olan təbəqə bərkidilir, təbəqənin üzərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur. 






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU