"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 8, maddə 695; 2007-ci il, No– 5, maddə 437, No– 10, maddələr 932, 938; 2008-ci il, No– 7, maddə 602) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:
1. 7.1.4-cü maddədə “edilməsi” sözündən sonra “, habelə məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması” sözləri əlavə edilsin.
2. 13-cü maddədə:
2.1. maddənin adında “və tədris” sözləri “, tədris və təlim” sözləri ilə əvəz edilsin:
2.2. maddənin mətni 13.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 13.2-ci maddə əlavə edilsin:
“13.2. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 




Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 753-IIIQD






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU