"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 6, maddə 470; 2007-ci il, No– 10, maddə 934) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 5.3-cü və 7.3-cü maddələrdə “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının”, “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramında” sözləri müvafiq olaraq “korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının”, “korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarında” sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 7.10-cu maddə əlavə edilsin:

“7.10. korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar proqramların və layihələrin hazırlanması və həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına maliyyə yardımı göstərir.”;

3. 10-cu maddəyə aşağıdakı məzmunda səkkızinci cümlə əlavə edilsin:

“Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Kommissiyanın qərarları iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri tərəfindən qəbul edilə bilər.”;
4. 15-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Katibliyin rəhbəri Komissiyanın qərarı ilə, digər işçiləri isə Komissiyanın sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 




Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 754-IIIQD








Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU