"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il, No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il No– 5, maddələr 346, 347; Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 667-IIIQD nömrəli qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “Əli Bayramlı şəhəri” bölməsinin adında və həmin bölmənin 1-ci sırasında “Əli Bayramlı” sözləri “Şirvan” sözləri ilə əvəz edilsin;

2. “Xanlar rayonu” bölməsinin adında “Xanlar rayonu” sözləri “Göygöl rayonu” sözləri ilə və həmin bölmənin 1-ci sırasında “Xanlar bələdiyyəsi” və “Xanlar şəhəri” sözləri müvafiq olaraq “Göygöl bələdiyyəsi” və “Göygöl şəhəri” sözləri ilə əvəz edilsin;

3. “Qobustan rayonu” bölməsinin 1-ci sırasında “Mərəzə bələdiyyəsi” sözləri “Qobustan bələdiyyəsi” və “Mərəzə qəsəbəsi” sözləri “Qobustan şəhəri” sözləri ilə əvəz edilsin və həmin bölmənin 18-ci sırası çıxarılsın;

4. “Lerik rayonu” bölməsinin 1-ci sırasında “Lerik qəsəbəsi” sözləri “Lerik şəhəri” sözləri ilə əvəz edilsin;

5. “Samux rayonu” bölməsinin 1-ci sırasında “Nəbiağalı bələdiyyəsi” və “Nəbiağalı qəsəbəsi” sözləri müvafiq olaraq “Samux bələdiyyəsi” və “Samux şəhəri” sözləri ilə əvəz edilsin və həmin bölmənin 16-cı sırası çıxarılsın;

6. “Yardımlı rayonu” bölməsinin 1-ci sırasında “Yardımlı qəsəbəsi” sözləri “Yardımlı şəhəri” sözləri ilə əvəz edilsin və həmin bölmənin 16-cı və 21-ci sıraları çıxarılsın.

II. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 8, maddə 520; 2004-cü il, No– 5, maddə 314; 2005-ci il, No– 2, maddə 62, 2006-cı il, No– 6, maddə 486, No– 11, maddə 923; 2007-ci il, No– 11, maddə 1082; 2008-ci il, No– 5, maddə 348, No– 6, maddə 462) 8.0.1-ci maddəsində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə əvəz edilsin.

III. “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 12, maddə 1198; 2008-ci il, No– 5, maddə 357) 13-cü maddəsindəki cədvəlin “Şəhər və rayonların adı” sütununun 2-ci bəndində “Əli Bayramlı” sözləri “Şirvan” sözü ilə və 56-cı bəndində “Xanlar” sözü “Göygöl” sözü ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


 
   
Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 698-IIIQD
   





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU