Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə əlavə edilməsi haqqında

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə əlavə edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 453, No– 12, maddə 731; 2004-cü il, No– 10, maddə 760; 2005-ci il, No– 4, maddə 280, No– 10, maddələr 871, 872; 2006-cı il, No– 10, maddə 846, No– 11, maddə 927; 2007-ci il, No– 8, maddə 756, No– 11, maddələr 1073, 1081; 2008-ci il, No– 3, maddə 155) aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:

“10-1. Daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 


Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 689-IIIQD







Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU