"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 580; 2002-ci il, N 10, maddə 586) 11.2-ci maddəsində "müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması və sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi" sözləri "müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, sahibkarlığa dövlət köməyinin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının mülkiyyət hüquqlarının qorunması məqsədi ilə Azərbaycan Respublikasını xarici ölkələrin müvafiq orqanlarında, habelə məhkəmə orqanlarında təmsil etməklə bağlı xərclərin ödənilməsi" sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
N 854 - IIQD

