Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasınin Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 256) ilə təsdiq edilmiş “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”nin 3-cü bəndində “10 illiyi” yubiley medalından” sözləri “90 illiyi (1918-2008)” Azərbaycan Respublikasının yubiley medalından” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 688-IIIQD
Fayl şəklində yüklə

