"Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. “Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 13 dekabr tarixli 7-IIIKQD nömrəli Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 12, maddə 1078) I hissəsinin 3-cü bəndində “Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın” sözləri “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2008-ci il
No– 671-IIIKQD
Fayl şəklində yüklə

