"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Sosial sı?orta haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

 

"Diplomatik xidmət haqqında" Azərbaycan

Respublikasının Qanununa əlavələr və

dəyişikliklər edilməsi barədə" Azərbaycan

Respublikası Qanununun tətbiqi ilə əlaqədar

"Sosial sığorta haqqında" Azərbaycan

Respublikasının Qanununa əlavə

edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:

 

I. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N 5, maddə 348; 1999-cu il, N 11, maddə 609; 2000-ci il, N 11, maddə 776; 2001-ci il, N 9, maddə 576, N 12, maddələr 733, 736; 2002-ci il, N 12, maddə 706; Azərbaycan Respublikasının 2004-cü il 30 aprel tarixli 643-IIQD nömrəli Qanunu) aşağıdakı əlavə edilsin:

Qanunun 14-cü maddəsinə aşağıdakı redaksiyada yeddinci hissə əlavə edilsin:

"Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir.".

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 oktyabr 2004-cü il

N 784 -IIQD

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU