"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        
 
“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 479; 2003-cü il, No–1, maddə 8; 2004-cü il, No–2, maddə 57; 2006-cı il, No–8, maddə 657; 2007-ci il, No–8, maddə 745) 39-cu maddəsinin birinci hissəsində mötərizədə “müalicəvi palçıqlar,” sözlərindən sonra “müalicəvi Naftalan nefti,” sözləri əlavə edilsin, həmin maddənin üçüncü hissəsində “respublika” sözü “ölkə” sözü ilə əvəz edilsin və “bölgə” sözü çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 dekabr 2008-ci il
No– 738-IIIQD






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU