Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

 

Qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının dövriyyəsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12 maddə 973; 2005-ci il, No–1 maddələr 5, 6, No–2 maddə 61, No–4 maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No–10, maddələr 935, 936, 938, 940, No–11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091; No–12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No–2, maddə 47, No–3, maddələr 146, 152, 159, No–4, maddə 249, No–5, maddə 340, No–6, maddələr 454, 460, 461, 464, No–7, maddələr 601, 602, 605, No–8, maddələr 699, 701; Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixli 691-IIIQD, 692-IIIQD, 693-IIIQD, 695-IIIQD nömrəli və 28 oktyabr tarixli 711-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 238.1-ci maddənin sanksiyasında “otuz manatdan qırx manatadək” sözləri “yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək” sözləri ilə, “yüz manatdan yüz əlli manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin;

2. 238.2-ci və 238-1-ci maddələrin sanksiyalarında “iyirmi manatdan qırx manatadək” sözləri “yüz manatdan dörd yüz manatadək” sözləri ilə, “altmış manatdan doxsan manatadək” sözləri “beş yüz manatdan səkkiz yüz manatadək” sözləri ilə, “yüz manatdan yüz əlli manatadək” sözləri “min manatdan üç min manatadək” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 751-IIIQD





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU