"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        
 
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 
Qanununa əlavə və dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:

I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 1, maddə 1, No– 3, maddə 131; 2002-ci il, No– 12, maddə 693; 2003-cü il, No– 1, maddə 16; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005-ci il, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006-cı il, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007-ci il, No– 2, maddə 83, No– 5, maddə 434, No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008-ci il, No– 3, maddə 153, No– 5, maddələr 326, 341, No– 6, maddələr 471, 481, No– 10, maddə 881) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 8.1.1-ci maddədə “və ya” sözləri “və yuxarı dövlət orqanı və ya” sözləri ilə əvəz edilsin, “Məhkəmə-Hüquq Şurasının Aparatı” sözlərindən əvvəl “müvafiq icra hakimiyyəti orqanı,” sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddədən “yuxarı dövlət orqanı və” və “müvafiq icra hakimiyyəti orqanı və” sözləri çıxarılsın.

3. 8.1.7-ci, 11.1.7-ci, 11.1.8-ci və 11.1.9-cu maddələrdə “ikili tabelikdə olan” və “regional” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 755-IIIQD





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU