"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–1, maddə 8; 2001-ci il, No–12, maddə 736; 2003-cü il, No–1, maddə 7; 2004-cü il, No–1, maddə 6; 2007-ci il, No–6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddənin beşinci abzasında “istehsalı və istifadəsi üzrə dövlət və regional balansları” sözləri “istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı” sözləri ilə əvəz edilsin.
2. 20-ci maddədə:
2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.”;
2.2. ikinci hissədən “müvafiq qaydada təsdiq edilmiş ərzaq balansları əsasında yalnız” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 756-IIIQD

 




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU