"Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

Qanunlar      Paylaşın:        
“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)”
Azərbaycan Respublikasının yubiley medalının
təsis edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r:


I. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə aşağıdakı məzmunda on yeddinci abzas əlavə edilsin:

“Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)” yubiley medalı”.

III. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 - 2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.



İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 may 2009-cu il
No– 809-IIIQ



Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU